Keyfiyyətə vurğunuq”: Milli Azərbaycan brendi “Xurcun” haqqında bilinməsi lazım olan hər şey

Keyfiyyətə vurğunuq”: Milli Azərbaycan brendi “Xurcun” haqqında bilinməsi lazım olan hər şey

“Xurcun” – Azərbaycanın yüksəkkeyfiyyətli milli brendidir. Əsası 2015-ci ildə Vugar Maharramov tərəfindən qoyulan və bu gün təbii quru meyvə, çərəz, ekzotik çaylar və şirniyyat satmaq üzrə sürətlə böyüyən butiklər şəbəkəsidir.

“Mən əsl azərbaycanlı vətənpərvər kimi Xurcun ideyası və konsepsiyası üzərində çalışmağa başladıqda ilk olaraq qarşıma əsas məqsəd kimi – yalnız yüksəkkeyfiyyətli, ən yaxşı dad və təbii məhsullar ilə fərqlənəcək bir brend yaratmağı deyil, həmçinin çoxəsrlik tarixi və zəngin mədəniyyəti olan Azərbaycanı təkcə Vətəndə deyil, eyni zamanda xaricdə də layiqincə təmsil etməyi qoydum.

Çox şadam ki, nəticədə öz məqsədimə nail oldum. Bu gün “Xurcun” dünyanın müxtəlif zövqlərini özündə cəmləşdirən xüsusi dizaynlar və müxtəlif eksklüziv məhsullar vasitəsilə müəyyən mədəni dəyər yaradır”, – deyə Vugar Maharramov bildirib.

Onun sözlərinin bariz nümunəsi kimi 5 ildə “Xurcun”un 10 butikinin açılması faktını qeyd etmək olar. Linkə keçid etməklə “Xurcun” brendinin Bakıdakı bütün ünvan və əlaqə vasitələri ilə tanış ola bilərsiniz. Qeyd edək ki, yaxın zamanlarda milli brend rəsmi olaraq xaricdə də təmsil olunacaq.

Brendin populyarlığı onu da sübut edir ki, Bakı sakinləri xaricə getməzdən əvvəl Azərbaycanla eyniləşən və dadlı hədiyyə axtarmaq məqsədilə əcnəbi dostları üçün “Xurcun” butiklərinə gedirlər. Həmçinin, şəbəkənin daimi alıcısı olmuş xarici turistlər də Azərbaycanın bir hissəsi kimi məhz “Xurcun”da təqdim edilmiş yüksəkkeyfiyyətli dadlı məhsulları özləri ilə ölkələrinə aparırlar.

Brenddən danışarkən onun dizaynında Azərbaycan və Bakının nar, Qız qalası, Flame Towers və s. kimi simvolları istifadə olunmuş zərif və yadda qalan qablaşdırmasını da vurğulamaq lazımdır.

“Xurcun” məhsullarının qablaşdırılması zamanı rəssam Həmidə Məlikovanın Azərbaycana həsr olunmuş “Narlı” rəsm işlərindən istifadə olunur. Rəsm işləri və patent Vugar Maharramov tərəfindən əldə olunub.

“Xurcun” brendinin uğuru məhsulların yüksəkkeyfiyyətli olması ilə yanaşı, həmçinin brenddə əks olunan milli və Azərbaycan kökləri ilə əlaqədardır. Hər zaman qürurla vurğulayıram ki, “Xurcun” milli brenddir və əsas hədəflərindən biri Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil etməkdir. Və biz bu istiqamətdə bir çox şeylərə nail olmuşuq. Bu, yalnız Azərbaycan sakinlərinin özləri və turistlərin xaricə aparmaqları üçün alış-verişləri deyil. Həmçinin, “Xurcun” məhsullarını rəsmi tədbirlərdə və ya xarici nümayəndəliklər üçün suvenir hədiyyəsi kimi görmək istəyən dövlət qurumları və müəssisələrlə əməkdaşlıq edir.

Fəxr edirəm ki, “Xurcun” Azərbaycanı bu cür təmsil edir və Vətənimizin şöhrətini yayır”, – deyə “Xurcun” butiklər şəbəkəsinin sahibi V.Maharramov qeyd edib.

“Keyfiyyətə vurğunuq” (Fond of Quality) – şüarı Azərbaycan bazarında inanılmaz dadı, təbiiliyi və ən keyfiyyətli məhsulları ilə fərqlənən “Xurcun”u ən yaxşı şəkildə təsvir edir. Xüsusi olaraq vurğulayaq ki, “Xurcun” quru meyvə və çərəz satışı mağazası yalnız Azərbaycanda deyil, eyni zamanda dünyada da ən premium səviyyədə bu məhsulların satışını həyata keçirən ilk mağazadır.

“Brend hər zaman inkişaf edir və genişlənir. Bu da məni çox sevindirir. Mağazada geniş çeşiddə təbii məhsullar var. Lakin bütün bunlarla yanaşı, butiklərimizdə “Xurcun” markası altında buraxılacaq şokoladlar da olacaq. Çox yaxın gələcəkdə müxtəlif çeşidli premium keyfiyyətli şokoladlar bütün butiklərimizin vitrinlərini bəzəyəcək”, – deyə Vugar Maharramov bildirib.

Söhbət zamanı Vugar Maharramov “Xurcun” brendinin qiymət siyasətinə də toxunub: “Bir çoxları brendimizi bahalı hesab edir, lakin bu belə deyil. Vitrinlərimizdə təmsil olunan bütün məhsullarımıza görə məsuliyyət daşıyırıq. Məhsullarımızın keyfiyyəti yüksəkdir. Nümunə üçün badam və ya qozdan bəhs etdikdə qeyd edim ki, onlar əl ilə seçilərək çeşidlənir. Təvazökarlıqdan uzaq da olsa, bunun əsası mükəmməldir. Məhsullarımız rəngi, qoxusu, ölçüsünə görə fərqlənir – onların çatlağı və ya digər zədələri olmur. Buna adi mağazalarda rast gələ bilməzsiniz.

Sadəcə və sadəcə “Xurcun”un bir dəfə alıcısı olmaqla nəinki məhsulların dadına, həmçinin keyfiyyətinə vurulacaqsınız! Şəbəkəmizdə məhsulun qiyməti onun yülsək keyfiyyətinə uyğun gəlir. Buna digər mağaza və ya bazarlarda quru meyvə və çərəz alışında rast gələ bilməzsiniz”.

“Xurcun”dakı bütün məhsullar təbii olduğundan orqanizm üçün faydalıdır, bədəni lazımi vitaminlərlə təmin edərək immun sistemini qoruyur və ətraf mühitin zərərli maddələrinə qarşı müqaviməti artırır. Xüsusi olaraq qeyd edək ki, “Xurcun”da qlütensiz məhsullar da təqdim olunur. Hazırda bu halvadır, lakin gələcəkdə şəbəkədə “gluten-free” xəttinin genişləndirilməsi də planlaşdırılır.

Zamanın nəbzini tutmağa çalışan və innovasiyaları izləyərək milli brend “Xurcun” Brandonline texnologiyası sayəsində onlayn ticarət bazarına uğurla daxil olaraq IOS və ANDROID üçün mobil tətbiqləri də işə salıb. Beləliklə, brend bir neçə kliklə sifarişini tamamlaya bilən müştərilərə daha da yaxınlaşdı.

Daimi müştərilərə 5% ilə 15% arasında endirim verən loyallıq proqramını da qeyd etmək lazımdır.

Rəsmi sayt – https://www.xurcun.az/

Xurcun sosial şəbəkələrdə:

Facebook – https://www.facebook.com/xurcun
Instagram – https://www.instagram.com/xurcun/

Ələqə nömrələri : (+99477) 717-00-70; (+99450) 212-13-11 (korporativ sifarişlər üçün).

Elektron poçt ünvanı –  info@xurcun.az